logo

Neft Fondu indiyədək “Şahdəniz”dən 4,7 milyard dollar gəlir əldə edib

11:33 04-03-2022 | icon 3304
Neft Fondu indiyədək “Şahdəniz”dən 4,7 milyard dollar gəlir əldə edib

Cari ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 227 milyon 557 min ABŞ dolları olub.

YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd olunub ki, o cümlədən iki ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 22 milyon 172 min dollar təşkil edib.

2007-ci ildən cari il martın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 4 milyard 779 milyon dollar olub.