logo

Bolqarıstan Rusiya qazına alternativ Azərbaycandan qaz almaq istəyir

17:13 03-03-2022 | icon 3185
Bolqarıstan Rusiya qazına alternativ Azərbaycandan qaz almaq istəyir

Bolqarıstan Rusiyadan tədarükdə problemlər yaranarsa, əlavə həcmdə təbii qazın tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir.

YeniAvropa xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Aleksandr Nikolov sektoral parlament komissiyasının iclası zamanı bildirib.

O qeyd edib ki, problemlər yarandığı halda alternativ imkanlar mövcuddur və bu imkanlardan biri də Cənub Qaz Dəhlizidir.

Yunanıstan vasitəsilə əlavə həcmdə təbii qazın tədarükü mümkündür.