“Buta Airways” aviaşirkəti Rusiyanın cənubunda hava məkanından istifadədə müvəqqəti rejimin yaradılması ilə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.
YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.Qeyd edilib ki, mövcud vəziyyətlə əlaqədar olaraq ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.
Bütün sərnişinlərdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələri xahiş edilir.
“Buta Airways”in rəsmi sosial şəbəkə səhifələri: facebook.com/ButaAirways; instagram.com/ButaAirways; twitter.com/Buta airways; t.me/ButaAirways.