logo

SWIFT gələn hətfə Rusiya banklarını ödəniş sistemindən ayıracaq

09:29 03-03-2022 | icon 3010
SWIFT gələn hətfə Rusiya banklarını ödəniş sistemindən ayıracaq

SWIFT Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya banklarını ödəniş sistemindən ayırmağa qərar verib.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında dərc edilib.

Bildirilib ki, Rusiyanın yeddi bankı martın 12-də SWIFT-in ödəniş sistemindən təcrid olunacaq.

Brüssel zərurət yaranarsa, bu siyahıya yeni bankları əlavə etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, ötən gün  Avropa İttifaqı Rusiyanın yeddi bankı-"VTB", "Rossiya", "Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Sovkombank" və "Vneşekonombank"ın  SWIFT sistemindən kənarlaşdırmasına dair qərar qəbul edib. Gələn həftədən həmin banklar artıq bu sistemin xidmətlərindən yararlana bilməyəcək.

Avropa İttifaqı, həmçinin Rusiya Birbaşa İnvetsiyalar Fondunun maliyyələşdirəcəyi layihələrə investisiya qoymağı, eləcə də Rusiyaya avro əskinaslarının satışını qadağan edib.

Xatırladaq ki, SWIFT banklararası ödənişləri həyata keçirmək üçün yaradılan bir beynəlxalq sistemdir.