ABB və “Azercell” “ƏDV geri al” xidmətini daha da asanlaşdırıb
Azərbaycan Beynəlxalq Bankı(ABB) tərəfdaşları ilə imkanlarını birləşdirib müştərilərin işini daha da asanlaşdırır. Bank bu istiqamətdə inteqrasiya tədbirlərini davam etdirir. Növbəti belə layihələrdən biri “Azercell” şirkəti ilə həyata keçirilib.
YeniAvropa xəbər verir ki, ABB-nin xidmət həllərinin bu şirkətin platformasına inteqrasiyası sayəsində istifadəçilər indi “ƏDV geri al” xidmətindən “Azercell”in “Kabinetim” tətbiqində də istifadə edə bilərlər. Bunun üçün sadəcə, tətbiqin müvafiq bölməsində alış-veriş qəbzi üzərindəki QR kodu oxutmaq lazımdır. ƏDV məbləğləri həm “Kabinetim” tətbiqində, həm də “ABB mobile”də görünür. Bununla müştərilər daha bir üstünlük qazanırlar. “Kabinetim” istifadəçiləri yeni xidmətdən faydalanaraq ƏDV balansını dərhal “Azercell” nömrəsinin balansına köçürməklə, bu mobil tətbiqin təklif etdiyi bütün ödənişli xidmətlərdən yararlana bilərlər. Bu cür inteqrasiya layihələri ilə ABB öz tərəfdaşlarına da yeni imkanlar yaratmış olur.
Qeyd edək ki, “ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi geri qayıdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb