logo

"Azercell" abunəçiləri Ukraynadakı yaxınlarına pulsuz zəng etməyə davam edəcəklər!

15:30 02-03-2022 | icon 2436
"Azercell" abunəçiləri Ukraynadakı yaxınlarına pulsuz zəng etməyə davam edəcəklər!

"Azercell" Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir.

Belə ki, lider mobil operator  hazırda Ukrayna ərazisində olan Azərbaycan vətəndaşları, həmçinin vətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə Azərbaycandan-Ukrayna  istiqamətində tətbiq etdiyi ödənişsiz telefon zənglərinin müddətini mart ayının 6-dək (06.03.2022 tarixidaxil) uzatdı.

YeniAvropa xəbər verir ki, bu imkan bütün "Azercell abunəçiləri üçün təqdim olunub.

Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.

Xatırladaq ki, Azərbaycandan Ukraynaya ödənişsiz zəng imkanı şirkət tərəfindən fevralayının 27-dən etibarən tətbiq olunub. "Azercell" daha öncə Ukraynada olan abunəçilərinin balansına 50 AZN həcmində vəsait yükləyib. Abunəçilərini diqqət mərkəzində saxlayan mobil operator onlara daima ünsiyyət və əlaqədə qalmaq üçün imkanlar yaradır. Bundan əlavə, şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir: ÇağrıMərkəzi (ümumi əlaqənömrəsi *1111, fakturasız xətt abunəçiləriüçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52);

Online Dəstək xidməti;

“Kabinetim” tətbiqi: https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html