İstanbulda Türkiyə-Azərbaycan Qadın Sahibkarların İş Forumu keçirilib
Fevralın 28-də İstanbulda Türkiyə-Azərbaycan Qadın Sahibkarların İş Forumu keçirilib.
YeniAvropa xəbər verir ki, “Bir millət, iki dövlət” şüarı ilə keçirilən forum Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının dəstəyi ilə baş tutub.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan qadın sahibkarlar arasında qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafını dəstəkləmək məqsədilə 2019-cu ildə İstanbulda Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) və Türk Dövlətləri Təşkilatının əməkdaşlığı çərçivəsində Türk Ticarət və Sənaye Palatası yaradılıb. 2021-ci il noyabr ayında Türk Ticarət və Sənaye Palatası (TSO) I Qadın Sahibkarlar Komitəsi yaradılıb və komitənin sədrliyinə Azərbaycan nümayəndəsi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva seçilib.
Tədbirin keçirilməsində əsas məqsəd türk dünyasının qadın sahibkarları arasında əməkdaşlığın və məşğulluğun artırılmasına dəstək verməkdir. Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan qadın sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva ölkələrimiz tərəfindən qarşıya qoyulan layihələr və qadın sahibkarların bu layihələrdəki rolundan danışıb. Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa-yenidənqurma işlər haqqında geniş məlumat verib.
Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini, göstərilən dəstəyin artırılmasını müzakirə etməkdir. Ötən bu aylar ərzində Birlik vasitəsilə Azərbaycanda iqtisadi səmərəliliyi artırmaq istiqamətində dövlət qurumları, eləcə də kiçik və orta sahibkarlarla bir sıra görüşlər olub. Bu görüşlərdə gələcəkdə atılacaq addımlar müzakirə edilib. Özbəkistanla da görüşlər olub, maraqlı təkliflər irəli sürülüb. Tədbir çərçivəsində keçirilən görüşlərdə bu layihələrin ətraflı müzakirəsi nəzərdə tutulur.
Azərbaycan və Türkiyə Vəkillər Kollegiyasının üzvü, vəkil, Türk Ticarət və Sənaye Palatası (TSO) 1-ci Qadın Sahibkarlar Komitəsinin hüquq və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Aygün Əliyeva türk dünyasının qadın sahibkarları arasında məşğulluğun artırılması istiqamətində dəstək göstərməyə və təcrübəsini bölüşməyə hazır olduğunu deyib.
Ticarətin sülh və rifahın ən böyük qaynağı olduğunu bildirən A.Əliyeva söyləyib: “Əvvəlcə ölkələrimiz arasındakı ticari maneələri aradan qaldırmalı və ticarət dövriyyəsini artırmalıyıq. Qadın Sahibkarlar Komitəsi bu məqsədə çatmağa imkan verəcək strateji əhəmiyyətli addımdır. Üzv ölkələr arasında biznes forumların, seminarların, sərgilərin sayını artırmalı və birgə sərgilər təşkil etməliyik”.
Forum mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb