Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 7,11 dollar azalaraq 99,11 dollar olub.
Son üç ildə isə Azərbaycan neftinin maksimum satış qiyməti bu il fevralın 25-də qeydə alınıb. Neftin 1 bareli 106,22 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 10-da 100 dollardan baha (100,23) satılıb.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib