logo

“Bakcell”dən Ukraynadakı abunəçilərinə dəstək

18:50 24-02-2022 | icon 2982
“Bakcell”dən Ukraynadakı abunəçilərinə dəstək

“Bakcell” şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar olaraq ölkədə rominqdə olan abunəçilərin nömrələrinin balansını artırıb.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətdən bildirilib.Qeyd edilib ki, hazırda Ukraynada olan abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə şirkət tərəfindən onların nömrələrinin balansına 100 AZN məbləğində pul vəsaiti yüklənib.