Əmlakların sığortası ilə bağlı əhaliyə xəbərdarlıq edildi
Azərbaycan Sığortaçılar Assosiasiyası(ASA) daşınmaz əmlakın icbari sığortası ilə bağlı ölkə vətəndaşlarına və sahibkarlıq subyektlərinə xəbərdarlıq edib.
ASA-dan YeniAvropa-ya verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, daşınmaz əmlakın icbari sığortası növü üzrə şəhadətnamələrin qüvvədə olma müddəti 1 ildir və ötən ilin bu vaxtlarında müvafiq növ üzrə əldə edilmiş şəhadətnamələrin müddəti bu günlərdə bitmək üzrədir: “Daşınmaz əmlakın icbari sığortası Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunu ilə tənzimlənir və ölkəmizin əmlak sahibi olan hər bir fərdi üçün məcburi xarakter daşıyır. Daşınmaz əmlakın icbari sığortası növü üzrə şəhadətnamələrin qüvvədə olma müddətinin 1 il təşkil etdiyini və ötən ilin bu vaxtlarında müvafiq növ üzrə əldə edilmiş şəhadətnamələrin müddətinin bu günlərdə bitmək üzrə olduğunu nəzərə alaraq, Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq ölkəmizdə əmlak sahibi olan vətəndaşlara və sahibkarlıq subyektlərinə adı çəkilən növ üzrə şəhadətnamələrini yeniləməli olduqlarını xatırladırıq. Xəbərdarlıq edirik ki, əks təqdirdə onlar müəyyən cərimə və məhdudiyyətlərlə üzləşə bilərlər”.
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev qeyd edib ki, daşınmaz əmlakın icbari sığortası növü üzrə sığortalanmayanlara şamil edilən müvafiq cərimə və məhdudiyyətlər də qoyulub: “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müvafiq riskləri icbari qaydada sığorta etdirməyən şəxslərin cərimələnməsi nəzərdə tutulur. Bu cərimələr də fiziki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manatdır. Bundan əlavə olaraq, daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyən vətəndaş və sahibkarlar digər müəyyən məhdudiyyətlərlə də üzləşə bilərlər. Bu məhdudiyyətlər əsasən ev-əmlak alqı-satqısı və ya girov əməliyyatları zamanı ortaya çıxa bilər”. İcraçı direktor daşınmaz əmlakın icbari sığortası ilə bağlı tarif və təminatlara da toxunub. O bildirib ki, adı çəkilən növ üzrə sığorta tarifləri və təminatlar bölgələrə və obyektin təyinatına görə dəyişir.
Yaşayış təyinatlı daşınmaz əmlaklar üçün Bakı şəhəri üzrə sığorta tarifi 50 manat, sığorta təminatı 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manata qədər, respublikanın digər rayon və şəhərləri üzrə isə sığorta tarifi 30 manat, sığorta təminatı 15 min manatadəkdir. Yaşayış evləri və mənzillər istisna olmaqla digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri isə həmin əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – bərpa dəyəri məbləğinə uyğun olaraq müəyyənləşdirilir. Eyni zamanda, bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və sığorta predmeti olan əmlakın texniki vəziyyəti də nəzərə alınır. Qeyri-yaşayış sahələri üzrə sığorta predmeti olan əmlak yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində müəyyənləşdirilir.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb