Ukrayna hadisələri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti(AZAL) Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.⠀
YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib.
Qeyd edilib ki, sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.
Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Uçuşun təxmini vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.