Əhalinin banklarda olan əmanətlərinin artım trendi yanvar ayında da davam edib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd edilib ki, hesabat dövründə bankların əmanət portfeli 4,7 faiz (424,4 milyon manat) artaraq 9 milyard 456,9 milyon manat təşkil edib (tarixi maksimum səviyyə). Əmanət portfelinin 57 faizi (5 milyard 391,4 milyon manat) fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.