logo

Prokurorluq Suraxanıda 12 yaşlı qızın zorlanmasını araşdırır

21:41 23-02-2022 | icon 2072
Prokurorluq Suraxanıda 12 yaşlı qızın zorlanmasını araşdırır

Paytaxtın Suraxanı rayon sakini, 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.