Azərbaycanın dövlət borcu 8 milyard dolları ötür
2022-ci il yanvarın 1-i vəziyyətinə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 7 milyard 393,4 milyon ABŞ dolları və ya ötən il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 13,5 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 milyon ABŞ dolları və ya ÜDM-in 1,4 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dolları (13,830.7 milyon manat) və ya ÜDM-in 14,9 faizini təşkil edib.
Maliyyə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri nəzərə alınmaqla, ötən ilin əvvəli ilə müqayisədə 2021-ci ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 5,8 faiz bəndi azalıb.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan və dövlətə məxsus qurumların xarici borclanmaları ilə əlaqədar verilən dövlət zəmanətləri də daxil olmaqla dövlətin digər xarici maliyyə öhdəliklərdən ibarətdir.
2022-ci il yanvarın 1-nə birbaşa daxili dövlət borcu 2 milyard 507,1 milyon manat və ya ÜDM-in 2,7 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 561,3 milyon manat və ya ÜDM-in 0,6 faizini təşkil etməklə, daxili dövlət borcu 3 milyard 68,4 milyon manat və ya ÜDM-in 3,3 faizini təşkil edib. Ötən ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu mütləq ifadədə 1 milyard 126,1 milyon manat, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 0,6 faiz faiz bəndi artıb. Bu artım təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borclanmaların tədricən daxili borclanmalar ilə əvəzlənməsi və yerli dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə şərtlənib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb