logo

Bakı–Şarm Əl-Şeyx aviareysi martdan bərpa olunur

14:58 23-02-2022 | icon 2492
Bakı–Şarm Əl-Şeyx aviareysi martdan bərpa olunur

Mart ayından etibarən Bakıdan Şarm Əl-Şeyxə birbaşa reys açılacaq. 

YeniAvropa xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim məlumat verib.

Onun sözlərinə görə, reyslər ilk olaraq həftədə bir dəfə baş tutacaq, daha sonra isə həftədə iki dəfəyədək artırılacaq.

Aviareyslərin “Boeing 757-200” təyyarələri ilə 3,5 saata həyata keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Bakı–Şarm Əl-Şeyx reysi 2019-cu ilin yayında Qazaxıstanın "SCAT Airlines" aviaşirkəti tərəfindən açılıb.

Daha sonra isə pandemiya səbəbindən reys dayandırılıb.