logo

Azərbaycan nefti 100,68 dollara satılır

10:13 23-02-2022 | icon 4263
Azərbaycan nefti 100,68 dollara satılır

Azərbaycan neftinin qiyməti bahalaşıb.

 

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,34 dollar artaraq 100,68 dollar olub.

Son üç ildə isə Azərbaycan neftinin maksimum satış qiyməti bu il fevralın 17-də qeydə alınıb- neftin 1 bareli 100,76 ABŞ dollarına satılıb.  

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 10-da 100 dollardan baha (100,23) satılıb.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib