logo

Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin tabeliyinə verildi

19:11 22-02-2022 | icon 2275
Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin tabeliyinə verildi

Dövlət Taxıl Fondu Fövqəladə Hallar Nazirliyinin tabeliyindən çıxarılaraq Dövlət Ehtiyatları Agentliyinə verilib.

YeniAvropa xəbər verir ki, bu Nazirlər Kabinetinin “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na dəyişiklikdə öz əksini tapıb.

Bundan sonra Fondun idarə edilməsi, taxılın tədarük edilməsi, saxlanması və yeniləşdirilməsi səlahiyyətlərini dövlət sifarişçisi kimi Dövlət Ehtiyatlar Agentliyi həyata keçirəcək.