logo

Azərbaycanda Aİ-yə üzv dövlətlərin 1700-dən çox şirkət fəaliyyət göstərir

10:30 22-02-2022 | icon 2247
Azərbaycanda Aİ-yə üzv dövlətlərin 1700-dən çox şirkət fəaliyyət göstərir

Hazırda ticarətimizin 40 faizi məhz Avropa İttifaqı(Aİ) ilə aparılır və 2020-ci ildə bu göstərici təxminən 9,5 milyard ABŞ dolları olub.

YeniAvropa xəbər verir ki, bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir.

Eyni zamanda, Aİ-yə üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bütün bunlar ikitərəfli iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir.