logo

Azərbaycanda 3 növ dövlət qiymətli kağızları buraxılacaq

21:38 21-02-2022 | icon 2499
Azərbaycanda 3 növ dövlət qiymətli kağızları buraxılacaq

Azərbaycanda qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızlarının buraxılması nəzərdə tutulur.

YeniAvropa xəbər verir ki, bu, baş nazir Əli Əsədovun imzaladığı "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamda öz əksini tapıb.

Sənəddə deyilir ki, Maliyyə Nazirliyi inflyasiya səviyyəsini nəzərə alaraq qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızlarının buraxılışı istiqamətində lazımi tədbirlər görsün.