logo

Rusiyanın 14 şirkəti Qarabağın bərpasında iştirak üçün müraciət edib

11:44 21-02-2022 | icon 2254
Rusiyanın 14 şirkəti Qarabağın bərpasında iştirak üçün müraciət edib

Rusiyanın 14 şirkəti Qarabağda fəaliyyət göstərmək üçün müraciət edib.

 YeniAvropa xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Rusiyanın Udmurtiya bölgəsinin ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, bu gün Azərbaycanda mindən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir: “Bir sıra Rusiya şirkətləri azad edilmiş ərazilərdə fəaliyyət üçün maraqlarını ifadə ediblər. Artıq Rusiyanın bir neçə şirkəti bu ərazilərdə fəaliyyət göstərir. Bu kontekstdə Rusiyanın Udmurtiya bölgəsinin şirkətləri üçün imkanlar açılır. Böyük potensial var, biz bu potensialı Azərbaycan-Rusiya əməkdaşlığının xeyrinə istifadə edə bilərik".