Fevralın 21-də Bakıda “Doing business Azerbaijan & Udmurtia” biznes forumu öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, forumda iştirak etmək üçün Rusiya Federasisiyasının Udmurtiya Respublikasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Nümayəndə heyətinin tərkibində Udmurtiyanın dövlət hakimiyyətinin, biznesin, ictimai təşkilatların və tədris müəssisələrinin təmsilçiləri yer alıb.
Forumda Udmurtiyanın ixrac potensialı və istehsalat imkanlarının təqdimatı olacaq. Rusiya regionunun şirkətləri Azərbaycanda neft-qaz, dəmir yolu və tikinti sahələri üçün avadanlıq, kimya sahəsi və metal prokat məhsulları, mebel və komplektləşdirmə, süd məhsulları, qablaşdırma, iş proseslərinin avtomatlaşdırılması üçün proqram təminatı təqdim etməyi planlaşdırırlar. Bundan başqa, Udmurtiyanın ali məktəblərinin təmsilçiləri Azərbaycan məktəblilərini Rusiyada təhsil almağa dəvət etmək və təhsil xidmətləri sahəsində təcrübələrini bölüşmək niyyətindədirlər.