logo

Pərviz Şahbazov Qaz İxrac edən Ölkələrin Sammitində iştirak edəcək

09:55 21-02-2022 | icon 4613
Pərviz Şahbazov Qaz İxrac edən Ölkələrin Sammitində iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad Şerida al-Kaabinin dəvəti ilə Qətər Dövlətinə səfər edib.

Energetika Nazirliyindən  YeniAvropa-ya bildirilib ki, səfərdə məqsəd  21-22 fevral tarixlərində Doha şəhərində keçiriləcək Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Nazirlər İclasında və GECF-in dövlət və hökumət başçılarının 6-cı Sammitində iştirak etməkdir.

GECF-in toplantılarında qlobal qaz bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri və qaz ixrac edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Nazir Pərviz Şahbazovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.