logo

Kəraçi və Lahor şəhərlərindən Bakıya birbaşa  uçuşlara başlanılır

14:44 18-02-2022 | icon 5124
Kəraçi və Lahor şəhərlərindən Bakıya birbaşa  uçuşlara başlanılır

Gələn ay "Pakistan Beynəlxalq Hava Yolları" (PİA) şirkəti ölkənin iki şəhərindən Azərbaycana uçuşlara başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Pakistan mətbuatı xəbər paylaşıb. 

Məlumata görə, Pakistanın milli aviadaşıyıcısı martın 16-dan başlayaraq hər həftənin çərşənbə günləri Kəraçinin Cinnah Beynəlxalq Hava Limanından, martın 19-dan başlayaraq isə hər həftənin şənbə günləri Lahorun Əllamə İqbal Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna reyslər təşkil edəcək.