Rusiya vətəndaşı Kürdəmirdə boğularaq ölüb.
YeniAvropa xəbər verir ki, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən keçən Şirvan su kanalına “Toyota” markalı minik avtomobili düşüb. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
Axtarışlar nəticəsində FHN-nin əməkdaşları tərəfindən Rusiya vətəndaşı, 27 yaşlı Nimanikin Vadim Andreyeviçin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisənin hansı şəraitdə baş verməsi və ölümün səbəbləri araşdırmalardan sonra məlum olacaq.