Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) aeronaviqasiya xidmətlərinə görə Ermənistana təqribən 32 min avro ödəyib.
YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistanın Mülki Aviasiya Komitəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, oktyabrın 6-dan Azərbaycan Hava Yolları Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
Bildirilib ki, 2021-ci il oktyabrın 6-dan 31 dekabradək “Armaeronavigation” tərəfindən "AZAL"a aeronaviqasiya xidmətlərinin göstərilib. Bunun qarşılığında isə "AZAL" mərkəzi ofis vasitəsilə ERmənistana 31 901,77 avro ödəyib.