Xətai rayonunun Babək prospektində yolu keçən paytaxt sakini Anar Heydərov Bakı şəhər sakini M.Əsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.