Azərbaycan Mərkəzi Bankının məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 13 faiz artaraq yanvarın 1-nə milli valyuta ekvivalentində 9 milyard 241,5 milyon manat təşkil edib.
YeniAvropa xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əmanətlərin 59 faizi milli, 41 faizi xarici valyutada qoyulub.
Milli valyutada olan əmanətlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 8,7 faiz azalıb.
Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 avroya 1,92 manata, 100 türk lirəsinə 12,61 manata, 100 rus rubluna 2,23 manata bərabər olub.