logo

Azərbaycanda əhalinin sayı 10 milyon 156 min nəfəri ötüb

16:11 16-02-2022 | icon 5180
Azərbaycanda əhalinin sayı 10 milyon 156 min nəfəri ötüb

Ötən il ərzində ölkə əhalisinin sayı 37 min 233 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 156 min 366 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 9,5 faizi Lənkəran-Astara, 8,9 faizi Qarabağ, 7,3 faizi Mərkəzi Aran, 6,8 faizi, Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 6 faizi Gəncə-Daşkəsən, 5,7 faizi Abşeron-Xızı, 5,5 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 5 faizi Şirvan-Salyan, 3,4 faizi Şərqi Zəngəzur, 3,2 faizi Dağlıq Şirvan iqtisadi rayonlarında yaşayıb. Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər təşkil edib. Həmin göstərici Bakı şəhərində (1076 nəfər), Lənkəran-Astara (158 nəfər), Abşeron-Xızı (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.