logo

Arvadını öldürdü, 14 il həbs cəzası aldı

12:30 16-02-2022 | icon 1757
Arvadını öldürdü, 14 il həbs cəzası aldı

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramil Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

YeniAvropa xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən R.Səfərov 14 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il oktyabrın 15-də saat 09 radələrində Binəqədi rayonu ərazisində 1984-cü il təvəllüdlü Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1981-ci il təvəllüdlü Ramil Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.