Gələn ay 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün iş olmayacaq.
YeniAvropa xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü həftənin çərşənbə axşamına təsadüf edid və qeyri-iş günü olacaq.
Novruz bayramı ilə əlaqədar ölkədə rəsmən 5 gün qeyri-iş günləridir. Əmək Məcəlləsinə əsasən martın 20-i bazar gününə təsadüf etdiyindən iş və istirahət günlərinin yeri dəyişdiriləcək və ayın 25-i qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri isə şənbə və bazar gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar ardıcıl olaraq 8 gün(20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) ölkədə qeyri-iş günləridir.
Azərbaycanda iş günü martın 28-dən başlayacaq.