logo

Xaçmazda kişi pilləkəndən yıxılıb öldü

19:29 15-02-2022 | icon 1939
Xaçmazda kişi pilləkəndən yıxılıb öldü

Xaçmaz sakini pilləkəndən yıxılaraq ölüb.

Hələlik şəxsiyyəti məlum olmayan 35-40 yaşlarında kişi "Məkan" adlanan ikimərtəbəli kafedən çıxarkən ehtiyatsızlıqdan yıxılıb və ağır xəsarətlər alıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası gəlsə də, onun həyatını xilas etmək olmayıb.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Fakla bağlı araşdırma aparılır.