logo

“Star” neft emalı zavodu illik istehsal gücünü 13 milyon tona çatdıracaq

18:15 15-02-2022 | icon 2695
“Star” neft emalı zavodu illik istehsal gücünü 13 milyon tona çatdıracaq

Dünyanın ən rəqəmsal neft emalı zavodlarından biri, SOCAR-ın Türkiyədəki aktivi “Star” neft emalı zavodu ən yeni texnologiyalarla dizel, nafta, reaktiv yanacaq və LPG kimi neft məhsulları istehsal edir.

SOCAR-dan YeniAvropa-ya bildirilib ki, “Star”ın emal gücü ötən il 10 milyon ton həcmində müəyyənləşdirilsə də, zavod istehsal planını artıraraq bu həcmi 11 milyon tona çatdırıb. Bu il üçün zavodun əsas hədəfi istehsal gücünü 13 milyon tona çatdırmaqdır.