logo

 Papa Fransisk Azərbaycana yeni  nunsisi təyin etdi

17:58 15-02-2022 | icon 1918
 Papa Fransisk Azərbaycana yeni  nunsisi təyin etdi

Müqəddəs Taxt-Tacın mətbuat zalının verdiyi məlumata görə, Papa Fransisk Azərbaycanda Apostol nunsisinin təyin olunması barədə qərar qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə  “Vatikan xəbərləri” saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Papa Fransisk Kesariyya Mavritanski titulyar arxiyepiskopu monsenyor Marek Solçinskini Azərbaycana Apostol nunsisi təyin edib.

Polşa mənşəli prelat 1961-ci ildə anadan olub, Varşavada keşiş hüququ qazanıb, Papa Qriqori Universitetində kanonik hüquq sahəsində doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildə Papa Kilsə Akademiyasında təhsilini bitirəndən sonra Müqəddəs Taxt-Tac yanında diplomatik xidmətə başlayıb və 2012-ci ildə Müqəddəs Pyort bazilikində Papa XVI Benediktdən episkop xirotoniyasını qəbul edib. Monsenyor Solçinski Paraqvayda, Rusiya Federasiyasında, Birləşmiş Millətlər Təşkilatında, ABŞ-da, Türkiyədə, Çexiyada və İspaniyada Papanın nümayəndəliklərində işləyib. 2011-ci ildə Gürcüstan, Azərbaycan, Tanzaniya və Ermənistanda Apostol nunsiaturlarının rəhbəri olub, 2022-ci il fevralın 2-dən Türkiyədə Apostol nunsisidir.

Vatikan diplomatı polyak, ingilis, fransız, italyan, rus, ispan və çex dillərini bilir.