Tezliklə işğaldan azad olunmuş ərazilərdə “Azərenerji” ASC tərəfindən 5 kiçik su elektrik stansiyasının tikintisi nəzərdə tutulub.
YeniAvropa xəbər verir ki, bu barədə “Mingəçevir Su Elektrik Stansiyası” MMC-nin direktoru Oktay Piriverdiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 30 kiçik su elektrik stansiyasının tikilib istifadəyə verilməsi planlaşdırılır və bu istiqamətdə işlərə başlanılıb.