Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka müddətinə həbs edilib.
YeniAvropa xəbər verir ki, bununla bağlı Nərimanov rayon Məhkəməsində qərar qəbul edilib.
Eldar Əmirovun barəsində Daxili İşlər Nazirliyinin(DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub.
Daha sonra o, həmin şikayətlər əsasında saxlanılıb.
Hazırda araşdırmalar davam edir.
Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş Ramiz Mehdiyevin baldızı oğludur. O, daha əvvəl Ramiz Mehdiyevin köməkçisi olub.