AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov KİV-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb: “Hazırda araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur.
O,daha əvvəl Ramiz Mehdiyevin köməkçisi olub.