Maqsud Mahmudovu 20 il cəza gözləyir
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib. virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
YeniAvropa xəbər verir ki, ittihama görə, Maqsud Mahmudov çoxsaylı vətəndaşların etibarından istifadə edərək onlara qarşı külli miqdarda dələduzluqda, tarixi-mədəni irs hesab olunan əşyaları ələ keçirməkdə və sosial şəbəkə vasitəsilə incəsənət xadimləri - Afət Həsənova (Fərmanqızı) və Vasif Məhərrəmli barəsində rüsvayedici məlumatlar yaymaqla hədələməkdə təqsirli bilinib.
Zərərçəkmişlərə dəymiş ziyan ümumilikdə 1 milyon 600 min manata çatır.
İttihamlar sübuta yetiriləcəyi təqdirdə hakim təqsirləndirilən M.Mahmudovu 20 il cəza gözlədiyini deyib.
M.Mahmudov ittihamla razılaşmayıb, özünü təqsirli bilmədiyini deyib:" Özümü qətiyyən təqsirli bilmirəm. Heç kimin pulunu götürməmişəm".
İlki olaraq məhkəmədə zərərçəkmiş Kamilə Əliyeva ifadə verib. O, ifadəsində əməliyyatla bağlı pul lazım olduğunu, qızıllarını Lökbatan qəsəbəsindəki lombarda qoyaraq 350 manat pul götürdüyünü deyib: "Qızılların dəyəri 600 manat idi. Hər ay faizi ödəyirdim. Sonradan dedilər ki, lombard bağlanıb, qızılları götürüb qaçıblar. 12 noyabr 2019-cu il idi. Polisə gedib ərizə yazdım. On-on beş gün sonra lombarddan zəng etdilər ki, gəl qızılları götür. Pulu ödəyib qızıllarımı oradan götürdüm."
Zərərçəkmiş şəxs M.Mahmudovdan şikayət və tələbi olmadığını bildirib.
Digər zərərçəkmiş Firudin Bağırov ifadəsində M.Mahmudovla uzaq qohum olduğunu deyib. Zərərçəkmişin ifadəsinə görə, M.Mahmudova 45 min manat pul verib:
"Maqsud anasının üzüyünü verib dedi ki, üzüyün 130 min manat qiyməti var. Mən də inanıb ona 45 min manat pul tapıb verdim. Sonradan Maqsuddan pul alıb hissə-hissə 45 min götürdüyüm şəxsə verirdim. 28 min manatını verəndən sonra Maqsud dedi ki, daha verə bilmirəm, get pul aldığın adama de məhkəməyə versin. Mən də pulu Rafiq adlı şəxsdən almışdım.
Bu gün həmin pula görə mənim 3 milyonluq obyektlərim girovdadır".
Zərərçəkmiş uzun illər rus, çeçen, inquş millətindən olan şəxslərlə biznes əlaqələri olduğunu, lakin heç zaman aldadılmadığını deyib:" Onlar məni aldatmadı, amma gəlib burada öz el-obamda bu adam məni aldatdı."
Məhkəmə prosesi fevralın 17-də davam edəcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş M.Mahmudov ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
90 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan M.Mahmudov həmçinin Cinayət Məcəlləsinin 183.2.2-ci (Xüsusi dəyəri olan əşyaları talama) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib