Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər görür.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, “Sun Food” MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 47,77 ton müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.