logo

Baş Prokurorluq rayon Məhkəməsinin qərarından  apellyasiya protesti verəcək

17:54 14-02-2022 | icon 2016
Baş Prokurorluq rayon Məhkəməsinin qərarından  apellyasiya protesti verəcək

Bərdə Rayon Məhkəməsinin rayon polis şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə istintaqı tamamlanmış cinayət işi üzrə verdiyi bəraət hökmündən Baş Prokurorluq tərəfindən apellyasiya protesti veriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu barədə yaxın zamanlarda ictimaiyyətə əlavə məlumat veriləcək.