"Nəzərinizə çatdırırıq ki, CDMA - simsiz telefon xidmətidir və bu şəbəkə üzərindən abunəçilərə internet xidməti ötürülmür".
YeniAvropa xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Bakı Telefon Rabitəsi"("Baktelecom") tərəfindən fevralın 14-dən 21-dək paytaxtda internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış məlumatlara dair qurumun yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, əslində söhbət bütün paytaxt abonentlərindən deyil, yalnız iki prefiksli- 511 və 555 rəqəmləri ilə başlayan telefon abonentlərindən gedir.
“14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri zamanı fasilələr yalnız 511 və 555 prefiksli simsiz telefon xidmətində yaranacaq.Həmin abonentlərə isə internet xidməti göstərilmir”, - deyə şirkətin məlumatında qeyd edilib.