Azərbaycan manatı həm regionda, həm də bütün postsosialist məkanda ən dəyərli, ən güclü valyutalardan biri kimi çıxış edir.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının(AMB) sədri Elman Rüstəmov deyib.
Azərbaycan Respublikası Mərkəzi Bankının yaradılmasından ötən 30 illik dövrü qiymətləndirən AMB sədri hazırda ölkədə çox müasir texnologiyalara cavab verən ödəniş sistemi yaradıldıöını bildirib.
"Bu dövrdə Mərkəzi Bank öz fəaliyyəti ilə ölkədə maliyyə sabitliyinin təmin olunması, müasir tələblərə cavab verən maliyyə sektoru, maliyyə bazarlarının yaradılması istiqamətində mühüm işlər görüb. Azərbaycan manatı həm regionda, həm də bütün postsosialist məkanda ən dəyərli, ən güclü valyutalardan biri kimi çıxış edir. Bu dövrdə çox müasir texnologiyalara cavab verən ödəniş sistemi yaradılıb”.
Qarşıda duran vəzifələrdən danışan Elman Rüstəmov bildirib ki, maliyyə sektoru bundan əvvəlki dövrə nisbətən daha çox iqtisadi inkişafa dəstək verəcək.
"Biz gələcəyə nikbin baxırıq. Əminik ki, Azərbaycan yeni inkişaf mərhələsində də yüksək nəticələrə nail olacaq. Xalqımızın rifahının yüksəldilməsi istiqamətində bütün lazımi işlər görüləcək. Azərbaycan Mərkəzi Bankı, bank sektoru öz üzərinə düşən bu tarixi vəzifənin öhdəsindən şərəflə gəlməyə çalışacaq”, - deyə E.Rüstəmov vurğulayıb.