logo

Türkiyədə müalicə olunan qazilərimizlə görüşlər keçirilib

14:44 12-02-2022 | icon 1981
Türkiyədə müalicə olunan qazilərimizlə görüşlər keçirilib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və qardaş ölkədəki hərbi attaşemiz polkovnik Müşfiq Məmmədov “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyənin İstanbul, Bursa və Kocaeli şəhərlərində müalicə olunan Vətən müharibəsi qaziləri ilə görüşüblər.

Səfirliyimizdən YeniAvropa-ya verilən məlumata görə, fevralın 11-də və 12-də 38 qazimizlə keçirilən görüşlərdə xalqımızın qəhrəman övladlarının keçdikləri rəşadətli döyüş yolu fəxarətlə xatırlanıb. Vətən müharibəsində göstərdikləri şücaətə görə qazilərimizə minnətdarlıq ifadə olunub, onların müalicələrinin vəziyyəti ilə tanışlıq olub.

Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz Vətənimizin bütövlüyü, torpaqlarımızın düşməndən azad edilməsi uğurunda gedən döyüşlərdə iştirak etməkdən qürur duyduqlarını ifadə ediblər.