logo

Gəncədə işıqlandırma şirkətində fəhləni "tok" vurub öldürdü

13:53 12-02-2022 | icon 2072
Gəncədə işıqlandırma şirkətində fəhləni "tok" vurub öldürdü

Fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, “Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən 1992-ci il təvəllüdlü Röyal Əliyevin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulmuş küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.