logo

20 yaşlı gənc psixiatriya xəstəxanasından qaçdı

22:52 11-02-2022 | icon 2058
20 yaşlı gənc psixiatriya xəstəxanasından qaçdı
1 Saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan xəstə itkin düşüb.
 
YeniAvropa xəbər verir ki,  2002-ci il təvəllüdlü Babayev Ələkbər Hüseyn oğlu fevralın 10-u səhər saatlarında xəstəxanadan qaçıb.
 
Ə.Babayevin atasını Hüseyn Babayev bildirib ki, məsələ ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 14-ci Polis Bölməsinə müraciət olunub.
Sözügedən şəxsi görənlərdən 055 895 46 76 və 055 515 16 90 əlaqə nömrələrinə zəng etmələri xahiş olunub.