Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.
YeniAvropa xəbər verir ki, hadisə saat 20 radələrində rayonun Kortala kəndinin inzibati ərazisində baş verib.
İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq qaz xəttinə dəyib. Qəza zamanı bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb. Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparır.