Fevral ayının 14-dən 21-dək CDMA (Code Division Multiple Access) şəbəkəsini dəstəkləyən baza stansiyasının avadanlıqlarında profilaktik işlərin aparılması ilə əlaqədar müvafiq xidmətlərin göstərilməsində fasilələr yaranacaq.
YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Telefon Rabitəsi" MMC-dən (Baktelekom) verilən açıqlamada deyilir.
Məlumata görə, fasilə əsasən 511 və 555 prefiksli simsiz telefon abunəçiləri hiss edəcək.
Təkmilləşdirmə tədbirləri yekunlaşdıqdan sonra CDMA - simsiz telefon xidmətinin fəaliyyəti tam bərpa ediləcək.
Abunəçilərdən rabitə xidmətlərində yarana biləcək fasilələri nəzərə almaları xahiş olunur.