logo

Ermənistan Azərbaycana meyit qalıqlarını qarışıq verib

19:51 11-02-2022 | icon 1813
Ermənistan Azərbaycana meyit qalıqlarını qarışıq verib

Ermənistan tərəfi Azərbaycana meyit qalıqlarını qarışıq verib.

YeniAvropa xəbər verir ki, bunu KİV-ə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, bu, meyitlərin kütləvi məzarlıqlarda basdırıldığını sübut edir: "Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə bəzi meyit qalıqları qaytarılsa da, hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir. Meyit qalıqları əsasən, qrunt suları, yeraltı suların keçdiyi ərazilərdən götürülüb. Ona görə də bu meyit qalıqlarından DNT nümunələri əldə etmək çox çətindir. Oradakı meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat olacaq”.

Eldar Səmədov qeyd edib ki, hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir. O bildirib ki, meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat bilinəcək.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib. O, yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşdıqlarını da vurğulayıb.