2021-ci ildə qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5 700-dək şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 3 300-dən çox nəfər inzibati qaydada həbs olunub.
YeniAvropa xəbər verir ki, bu barədə bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Görülmüş məcburi icra tədbirləri nəticəsində aliment, pul tələbi və digər ödəmələr üzrə məhkəmə qərarlarını icra etmiş 2 600-dən artıq borclunun üzərindən ölkəni tərk etmək məhdudiyyəti götürülüb.