Bu gün axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşana qədər Bakının Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən bildirilib.
Qeyd edilib ki, buna magistral su kəmərində baş vermiş qəza səbəb olub.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.