Fevralın 11-də İsmayıllı rayonunun Basqal qəsəbə tam orta məktəbin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat verilib.
İsmayıllı rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq davam edir.